İbrahim savalan
************
İbrahim Rəşidi - savalan
http://www.i-savalan.blogfa.com
*******************
ibrisavci@gmail.com
رامیزین چاغیریشی و دونیا گوروشو ایزیله....
مهندس ابراهیم رشیدی ( ساوالان )
رامیز روشن نین" گوی اوزو داش ساخلاماز" کیتابی حورمتلی زهرا قیطرانی کوچورمه سی ایله اردشیر رستمی نین طرح لریله بزه نیب یاشماق سیرا کیتاب لار ورینده ادبیاتیمیزا سونولموش.رامیز بو کیتابدا گویه داش آتان اوغلانا دئییر :
گوی اوزو داش ساخلاماز و بو داش بیر گون گلیب یئره دوشر.هر کیمسه یه دئمه یه سوزو وار و بو سسی ائشیدنلری اوز دونیاسینا چاغیریر.رامیزین چاغیریشی ((گلین آچین یومروغومو ))سوزو ایله باشلاییر.رامیز اوره یینده کی سوزو راحاتلیقلا د ئمک ایسته میر گره ک گئدیب اونون اووجون آچیب گیزلتدیگین تاپاسان.
اوچدو منی گورن قالالار یاخشی کی وار گول بالالار
دئدیلر :اووجوندا نه وار ؟ گلک آچاق یومروغونو ؟!
(صفحه 180)
ایندیسه بیز بو چاغیریشا قاتیلیب رامیزین آچیق اووجوندا گتیردیگی چیچکلره قوناق اولموشوق.هر نه دن اونجه منه بئله گلیر رامیزین ایچینده ایکی رامیز یاشاییر .بو ایکیلیک باشقا شاعیر لرین ایکی لیگیندن فرقلیدیر.نسیمی ده ده ایکیلیک وار .نسیمی بحرله یئر عرش له فرش کاف له نون کیمی ایکیلیک لری بیر یئرده ایچینده توپلاییب.نسیمی هم مومن دور هم کافر اوزو دئمیش هم حصارم هم اونون محصورییم.هم نجاتم هم هلاک پیر من جوان منم و...
آما بو ایکیلیک بیر سوزده نسیمی نین دونیا گوروشودور.نسیمی محیط اعظم دیر.بئله بیر ایکیلیک رامیزین یازیلاریندا وار نئجه کی بیر چوخ شئعر لرینده بیر رامیز گئدیر بیری قالیر.بیری آتادیر بیری اوغول.بیر کئچمیش دیر بیری گله جک و همه شه رامیز گئدن رامیزی سئویر قالان رامیزین حالینا آغلاییر.
من اولسم دئمه یین تکم آغلایین بیزه آغلایین
منی دئییب هارای چکن او یئتیم سسه آغلایین
**********
بو دیوارین بو اوزونده اولن رامیزی باسدیرین
بو دیوارین او اوزونده قالان رامیزه آغلایین
بیر جه سوزله دئسک نسیمی تام بیر عاریف دیر ایکی جهان اوندا سیغماسادا بو ایکیلیک لر اونون عرفانیندا سیغیر. آما رامیز ده باشقا ایکیلیک لر وار. رامیز بیر یاندا نسیمی قدر . حافیظ قدر. عاریف دیر و ان درین دونیا گوروشونه مالیک دیر.بیر یاندا چیچیکلی قیزلاردان دانیشاندا" کسمنلی" قدر" قبانی "قدرعاشیق دیر.کسمنلی یه قادین شاعیری دئین لر ندن رامیزه قیز شاعیری دئمه سینلر!!دونیانی دوشوننده نسیمی له حافیظ له تام بیر له شیر آما سئوگی دن دانیشاندا تام فرقلنیر."کوهنه مکتوب" شعرینده حرفلره باخدیقجا قیزین قاشین گوزون خاطیرلادیر.یانی حرفلر قیزی خاطیرلاتماغا آراجدیر آما نسیمی ده حرفلر تام آماج اولور: ((زلف و خالیندن نسیمی ابجدی قیلدی تمام))
بو یازی دا رامیزین چیچکلی قیزلاریندا یوخ دونیا گوروشوندن سوز گئدیر .رامیزده باشقا عاریف لر کیمی بو دونیایا گلدیگیندن گیلئی لنیر بلکه ده مدرن اینسان ائله یالنیز دیرکی گیلئی لنمک "ائریک فورومدان". بختیار واهابزاده" یه قدر سورجلی گئدیر.
بیز کی یول نه دی بیلمزدیک
بیز کی اول نه دی بیلمزدیک
بیلسک دونیایا گلمزدیک
آنالار آلداتدی بیزی..... (صفحه 132)
یاراندینسا یاشاما مجبورسان ناظیم دئمیشکن :((یاشامین دیشیندا هئچ بیر شئی بکله مه یه جکسن ))
رامیز بو گره یی بئله آچیقلاییر :
بو دا بیر عوموردو
دو زه سن گرک
بئله یمیش طالعین امری بویدوغو (صفحه 49)
آما اوزو بو تقدیره بویون ایمیر ساواشا قالخیر.یوز یول یاشام پرده سین ییرتماغا جان آتیر.بوردا اونون دونیا گوروشو" نسیمی له." فضولی له". حافیظ له." و باشقا قدیم عاریف لر له بیر له شیر ."نسیمی" دئییر :
ترک ائوینده سن اگر همچو نسیمی اولاسان
بیر گون اولا دئیه سن جبه و دستار ندیر ...
و "حافظ" :((خوشا دمی که از این پرده چهره بر فکنم ـ بو پرده نین آچیلدیغین خوشلارام )) دئییر.
آما رامیز عاریف لر کیمی هر نه یی آتماق ایسته میر .بو ساواشین سونوجسوز اولدوغونا تئز اینانیر:
یوز یول چیخاچاقسان
اوز قابیغیندان
اوزوندن آیریلا بیلمه یه جکسن (صفحه 49 )
ایندیسه او یورغون آرغین بیر بوجاغا سیغیب هر نه یین اوزونه اوزل تقدیری اولدوغونا باش اییر ذره اولماق گونش اولماق نسیمی اولماقدان دونور :
داش گرک بئز مه سین اوز برکلیییندن
بایقوش دا بئز مه سین
اوز تک لیییندن
تانری اوزو یازیب یازیلانلار ها پوزماق ایسته سن بیر خئیری یوخدو(صفحه 106)
رامیز ائله یورغوندور چیغیرماغا نفسی شئعر یازماغا هوسی گلمیر ـصفحه 31)
او قورتولوب قاچماق ایسته ییر .بیزی ده بو قورتولوشا سسله ییر بو رامیزین بوتون حایات فلسفه سی و دونیا گوروشودور.اونا گوره من رامیزی سوزون اصیل فلسفی معناسیندا قورتولوش شاعیری آدلاندیریرام.بیر داها تکرار دئییرم :او قورتولوب قاچماق ایسته ییر.بیز لری ده بو قورتولوشا سسله ییر...
گل ال-اله توتوب گئدک
گئدک بیز اولمایان یئره
هر دردی اونودوب گئدک
دردیمیز المایان یئره
بوردا قویاق اوزوموزو
بو قیریشان اوزوموزو
بو کوهنه لن سوزوموزو
گئدک سوز اولمایان یئره
بیر کیمسه توتماسین خبر
گل چیخیب گئدک بیر تهر
بو ائو بو کوچه بو شهر
بو دنیز اولمایان یئره
.....آتا اوغلو آز چابالا
سن دئیین چتین تاپیلا
بو رامیزی کیم آپارار
بو رامیز اولمایان یئره ؟! (صفحه 19 )
********
منجه رامیزین یالنیز بو شئعرینین سون پارچاسی اونجه گئدن عاریف لرین" یوناندان" هیندوستانا" قدر بیر یئری توپلاییب" دیو ژانس" مولوی" نین اللرینده چیراق اینسا آختاریب تاپمادیقلارینی ((یافت می نشود جسته ایم ما ـ بیز آرادیق تاپیلماییر )) بیر آز اومودلو دئییر.رامیز دئمیر تاپیلمیر دئییر چتین تاپیلا .
نسیمی نین :(آدی محو اولدو نسیمی نین قلم چک حرفینه )
و "حافیظین" :(تو خود حجاب خودی حافظ از میان بر خیز ـ سن اوزونون پرده سی سن قالخ آرادان )
و نیظامی:(هئچ سورما تاپیلماز اونو آختارسادا اینسان)
و مرثییه ادبییاتیمیزین شاه بیتی اولان ((چک شهپرینی عاشیق و معشوق آراسیندان ))..
آنلاملارین ساده جه ((بو رامیز اولمایان یئره ))پارچاسیندا یئتیریر.آما" رامیز" باشقا بیر ایکیلیگه یول تاپیر.اونون ایستکلری چتین تاپیلیر و ایسته میر بیر عومور اوتوروب آغلاسین :
ظالیم دونیا اوز ایشینده
گلیشینده ـ گئدیشینده
گل آغلایاق یئتمیشینده
سئوگیلی تک اولن لره (صفحه 186)
آخی او عاریفلر کیمی هر نه یی آتماق ایسته میر یاشاماق ایسته ییر بیر آغاج کیمی بیر آز ایده آل لاریندان ال چکیب آستا- آستا دونیامیزی بوروین ((کئفینده اول))فلسفه سینه یاخینلاشیر :
گلن نه دی. گئدن نه دی
بلک نه دی. کفن نه دی
بو دونیا اوز کئفینده دی
یاغیش یویور
گون قورودور ... (صفحه 209)
سونرا فرحله نیب بیز لری ده یاغیش لارا. قوشلارا. قوشولماغا چاغیریر :
درد –غمین اوستن آتداناق
بیر آز سئوینک شادلاناق
ایچیمیزده قانادلاناق
اوچان قوشلارا قوشولاق .. (صفحه 188)
عصریمیزین چوخلو شاعیر لرینن ترسینه گله جه یین آیدین اولدوغونا اینانیر :
چاتدی عومورون گوندوزو
دئیه سن گون ووردو سیزی
قارانلیغیم. یوردو سیزی
ایندی دوزون آیدینلیغا ... (صفحه 193)
کئچمیش قارانلیقدیر :
قارانلیقدا ایتیب باتار آتالارین اوزلری .....(صفحه 118 )
*********
و گلجک آیدین :
قارانلیقدان بیزی آنجاق بالالار چیخاراجاق .... (صفحه 118).
Ramizin çağırışı və dünya görüşü izilə......
(ibrahım savalan)
Ramiz röşənin göy üzü daş saxlamaz kitabı hörmətli zəhra
qeytərani köçürməsilə.ərdəşir rüstəminin tərhlərilə bəzənib yaşmaq sıra
kitablar vərində ədədbiyatımıza sunulmuş.ramiz bu kitabda göyə daş
atan oğlana deyir :göy üzü daş saxlamaz və bu daş bir gün gəlib yerə
düşər.hər kimsəyə deməyə sözü var və bu səsi eşidənləri öz
dünyasına çağırır .ramizin çağırışı ((gəlin açın yumruğumu ))
sözü ilə başlayır.ramiz ürəyindəki sözü rahatlıqla demək istəmir,gərək
gedib onun ovcun açıb gizlətdigin tapasan.
Uçdu məni görən qalalar
Yaxşıkı var gül balalar
Dedilər ovcunda nə var!!??
Gələk açacaq yumruğunu?!
Indisə biz bu çağırışa qatılıb ,ramizin açıq ovcunda ,gətirdigi
çiçəklərə qonaq olmuşuq.
Hər nədən öncə ,mənə belə gəlir ramizin içində iki ramiz yaşayır.bu
ikilik başqa şayirlərin ikiligindən fərqlidir.nəsimidədə ikilik var .
nəsimi bəhrlə yer ,ərşlə fərş,kaf lə nun kimi ikilikləri bir
yerde içində toplayıb.nəsimi həm mömündür həm kafər ,özü demiş həm
hesarəm həm onun məhsuriyəm.həm nəcatəm həm həlak,pir mən
cəvan mənəm və ....
Ama bu ikilik ,bir sözdə nəsiminin dünya görüşüdür.nəsimi mühütü
dir.belə bir ikilik ramizin yazılarında var,necəki bir çox şerlərində bir
ramiz gedir biri qalir,biri atadır biri oğul,biri keçmişdir biri gələcək
və həməşə ramiz gedən ramizin sevir,qalan ramizin halına ağlayır:
Mən ölsəm deməyin təkəm
Ağlayın bizə ağlayın
Məni deyib haray çəkən
O yetim səsə ağlayın
Bu divarın bu üzündə
Ölən ramizi basdırın
Bu divarın o üzündə
Qalan ramizə ağlayın
(177 inci səfhə)
Bircə sözlə desək nəsimi tam bir arifdir.iki cəhan onda sığmasada bu
ikiliklər onun irfanında sığır,ama ramizdə başqa ikiliklər varşramiz bir
yanda nəsimi qədər ,hafiz qədər arifdir və ən dərin dünya görüşünə
malikdir.bir yandan çiçəkli qızlardan danışanda,kəsəmənli qədər
,qubbani qədər aşiqdir.kəsəmənliyə qadın şairi deyənlər,nədən ramizə
qız şairi deməsinlər!!dünyanı düşünəndə ,nəsimilə ,hafizlə tam
birləşir,ama sevgidən danışanda,tam fərqlənir.köhnə məktub şerində
hərflərə baxdıqca ,qızın qaşın gözün ,xatırladır.yanı hərflər qızı
xatırlatmağa aracdır.ama nəsimidə hərflər tam amac olur:
((zülfü xalindən nəsimi əbcədi qıldı təmam ))
Bu yazıda ramiznin çiçəkli qızlarında yox,dünya görüşündən söz
gedir.ramizdə başqa ariflər kimi bu dünyaya gəldigindən ,gileylənir
,bəlkə modern insan elə yalnızdırki gileylənmək erik forumdan
,baxtiyar vahabzadəyə qədər sürəcli gedir.
Bizki yol nədir ,bilməzdik
Bizki öl nədi bilməzdik
Bilsək dünyaya gəlməzdik
Analar aldatdı bizi.....
(132 inci səfhə)
Yarandısa yaşama məcbursan ,nazim demişkən "
(Yaşamın dışında heç bir şey bəkləməyəcəksən)
Ramiz bu gərəyi belə açıqlayır :
Buda bir ömürdü
Dözəsən gərək
Beleymiş taleyin amri buyruğu .......
(49 inci səfhə)
Ama özü bu təqdirə boyun əyməyir ,savaşa qalxır ,yüz yol yaşam
pərdəsin yırtmağa can atır .burda onun dünya görüşü nəsimilə ,fizulilə
,hafizlə və başqa qədim ariflərlə birləşir.nəsimi deyir:
Tərk evindəsən əgər ,həmçü nəsimi olasan
Bir gün ola deyəsən,cəbbə vö dəstar nədir
Və hafiz :
(Xuşa dəmiki əz in pərdə çihrə bərfikinəm_bu pərdənin açıldığın xoşlaram)
eyir.
Ama ramiz ariflər kimi hərnəyini atmaq istəmir ,bu savaşın sonucsuz
olduğuna tez inanır:
Yüz yol çıxacaqsan
Öz qabığından
Özündən ayrıla bilməyəcəksən .....
(49 inci səfhə )
Indisə,o ,yorğun arğın ,bir bucağa sığıb ,hər nəyin özünə özəl təqdiri
olduğuna baş əyir.zərrə olmaq ,günəş olmaq ,nəsimi omaqdan dönür :
Daş gərək bezməsin öz bərkliyindən ,
Bayquşda bezməsin ,
Öz təkliyindən
Tanrı özü yazıb yazılanları
Ha pozmaq istəsən
Bir xeyri yoxdu...
(106 inci səfhə)
Ramiz elə yorğundur ,çığırmağa nəfəsi,şer yazmağa həvəsi gəlmir .
(31 inci səfhə)
O qurtulub qaçmaq istəyir ,bizləridə bu qurtuluşa səsləyir.bu ramizin
bütün hayat fəlsəfəsi və dünya görüşüdür.ona görə ,mən ramizi
,sözün əsil fəlsəfi mənasında qurtuluş şairi adlandırıram.birdaha tikrar
deyireım : o qurtulub qaçmaq istəyir.bizidə bu qurtuluşa səsləyir :
Gəl əl-ələ tutub gedək
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək
Dərdi miz olmayan yerə
********************
Burda qoyaq özümüzü
Bu qırışan üzümüzü
Bu köhnələn sözümüzü
Gedək söz olmayan yerə
********************
Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək bir təhər
Bu ev, bu küçə,bu şəhər
Bu dəniz olmayan yerə
******************
Ata oğlu az çabala
sən deyən çətin tapıla
bu ramizi kim aparar
bu ramiz olmayan yerə!!??
(19 inci səfhə)
*********************
Məncə ramizin yalnız bu şerinin son parçası ,öncə gedən ariflərin ,
yunandan hindustana qədər ,bir yerə toplayıb ,divjansın ,moləvinin
əllərində çıraq,insan axtarıb ,tapmadıqlarını,
(yaft mi nəşəvəd costeyim ma_ biz aradıq tapılmayır)bir az umudlu
deyir.ramiz demir tapılmir ,deyir sən deyən çətin tapıla.
Nəsiminin :
(Adı məhv oldu nəsiminin qələm çək hərfinə...)
Və hafizin:
(To xod hecabe xodi hafez əz miyan bərxiz_sən özünün pərdəsisən ,
qalx aradan)
Və nizamınin :
(heç sorma tapılmaz onu axtarsada insan )
Və mərsiyə ədəbiyatımızın şah beyti olan (çək çəhpərini aşiqu məşuq
arasından)
Anlamların sadəcə (bu ramiz olmayan yerə)parçasında yetirir.ama ramiz
başqa bir ikiligə yol tapır.onun istəkləri çətin tapılır və istəmir bir
ömür oturub ağlasın.
Zalım dünya öz işində
Gəlişində-gedişində
Gəl ağlayaq yetmişində
Sevgilitək ölənlərin
(186 inci səfhə)
Axı o ariflər kimi ,hər nəyi atmaq istəmir,yaşamaq istəyir bir ağac kimi,
bir az ideal larından əl çəkib ,asta-asta dünyamızı bürüyən (kefində ol)
fəlsəfəsinə yaxınlaşır :
Gələn nədi ,gedən nədi ?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur,gün qurudur
(209 inci səfhə)
Sonra fərəhlənib ,bizləri yağışlara,quşlara qoşulmağa çağırır:
Dərd-ğəmin üstən atdanaq
Bir az sevinək ,şadlanaq
Içimizdə qanadlanaq
Uçan quşlara qoşulaq
(188 inci səfhə)
əsrmizin çoxlu şairlərinin tərsinə gələcəyin aydın olduğuna inanır :
çatdı ömrün gündüzü
deyəsən ,gün vurdu sizi
qaranlığım yordu sizi
indi dözün aydınlığa
(193 inci səfhə)
Keçmiş qaranlıqdır:
Qaranlıqda itib batar,ataların özləri.....(188 inci səfhə)
Gələcək aydın :
Qaranlıqdan bizi ancaq ,balalar çıxaracaq...... (188 inci səfhə)
ابراهيم رشيدي- ساوالان
خبرهاي پيشين بر حسب تاريخ
88/01/01 - 88/01/31
87/10/01 - 87/10/30
87/09/01 - 87/09/30
87/08/01 - 87/08/30
87/02/01 - 87/02/31
87/01/01 - 87/01/31
86/12/01 - 86/12/29
86/11/01 - 86/11/30
پيوندهاي روزانه
لیلا، رقیه، عطیه... مینلردی مینلر!(1)
زمانی که حقوق خود را نشناسیم
آرشيو پيوندهاي روزانه
پيوندها
